Xəbər lenti

 

2019-cu ilin yanvar-iyul aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakı şəhərində işçilərin orta aylıq nominal əməkhaqqı 3,7 faiz artaraq, 819,4 manat olub.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə, sığorta fəaliyyəti, peşə, elmi, texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərə verilib.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.




Ana səhifəyə qayıt        Baxış: 310          Tarix: 25-09-2019, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma