Xəbər lenti

Tanınmış iş adamı, keçmiş MTN-də kök salmış cinayətkar şəbəkənin qurbanına çevrilən Maqsud Mahmudov Azərbaycan Ədliyyə Naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.
İş adamı mətni Moderator.az-a daxil olan müraciətində qeyd edib ki, 06.06.2017-ci ildə, saat 11: 35-də Ali Məhkəmədə hakim Mehparə Əhmədovanın sədrliyi ilə onunla bağlı məhkəmə prosesin keçiriləcək. 
İş adamı qeyd edib ki, Nərimanov Rayon Məhkəməsi və Apelyasiya Məhkəməsi cinayətkar şəbəkənin ona vurduğu ziyanın geri qaytarılmasına dair qərar çıxarıb.
Keçmiş MTN-nin müstəntiqi olan Cavid Quluzadə məni aldadaraq və hədə-qorxu gələrək avtomobilimi və restoranımı öz yaxını Azər adlı şəxsin adına keçirib. Məndə olan məlumata görə, hakim Mehparə Əhmədovanın həyat yoldaşı keçmiş MTN-nin polkovniki olub və hazırda sərəncama çıxarılıb. Əldə etdiyim məlumata görə, bu şəxs mənim avtomobilimi və restoranımı hədə-qorxu ilə əlimdən alan Cavid Quluzadə ilə yaxın münasibətlərə malikdir. 
 
Hörmətli Nazir və Ali Məhkəmənin sədri!
 
Bunlar istəyirlər ki, Nərimanov və Apelyasiya Məhkəməsinin məni zərərçəkən kimi tanıması və dəyən ziyanın qaytarılması ilə bağlı çıxardığı qərarı bu şəkildə dayandırsın. Həmin qərarda keçmiş MTN-nin müstəntiqi olan Cavid Quluzadəyə cinayət işinin qaldırılması da qeyd edilir. Mənə daxil olan xəbərə görə, qarşı tərəf çalışır ki, hakim Mehparə Əhmədovanın vasitəsilə bu qərarları ləğv etsinlər və Cavid Quluzadənin adamı olan və restoranımın adına rəsmiləşdirildiyi Azər adlı şəxsin adına olan çıxarışı hüquqi qüvvədə saxlasınlar. 
Sizdən xahiş edirəm ki, sabah keçiriləcək məhkəmə prosesini nəzarətinizə götürəsiniz.
 
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini olduğu kimi işıqlandırmağa hazırıq və bu müraciətdə qeyd edilənlərin həqiqəti əks etdirib-etdirmədiyini də biz yox, müvafiq qurumlar müəyyənləşdirə bilərlər. 

 




Ana səhifəyə qayıt        Baxış: 790          Tarix: 5-06-2017, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma