Xəbər lenti

Dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazov barəsində olan hökmdən kassasiya şikayəti verib.

Ovqat.com xəbər verir ki, "Report"un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 10-na təyin edilib.

İşə hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittihama aktına əsasən, 2012-ci ildə "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") qardaşı oğlu Eldəniz Axundov A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.

Bundan başqa, Şərur rayonunun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev də məhkəmədə zərərçəkmiş səxs qismində ifadə verib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

2015-ci ilin dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Eyvazov 11 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə apellyasiya şikayətini təmin etməyib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 241          Tarix: 9-05-2017, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma