Xəbər lenti

 

Araz Əlizadə zaman-zaman ziddiyyətli, axına qarşı fikirləri ilə dövrü mətbuatın ən çox müzakirə etdiyi siyasilərdən biridir. Bu sosial demokratın xüsusi ilə Rusiya ilə bağlı açıqlamaları cəmiyyətdə heç vaxt birmənalı qarşılanmayıb. Görünür, elə bu baxımdandır ki, çoxları onu "Rusiyanın çocuğu" adlandırır. Məsələn, Suriya sərhəddi yaxınlığında Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulduğunu, Moskva-Ankara münasibətlərinin gərginləşdiyi vaxtları yada salaq. Mövcud vəziyyətdən istifadə edən rusiyapərəstlər bütün olan və olmayan arqumentlərini işə salaraq, Azərbaycanın bu situasiyada Moskvanın yanında olmasının vacibliyini isbat etməyə çalışırdı. Və bu yöndə ASDP sədri Araz Əlizadənin Azərbaycanla Türkiyənin qardaş olduğunu unudaraq və ya xatırlamaq istəmədən açıq-aşkar Kremli müdafiə etdiyi, yaxın keçmiş olaraq heç kəsə sirr deyil. Əlizadənn 20 yanvar faciəsinə baxışı da, indi gətirdiyimiz nümunədən qətiyyən fərqlənmir. Lap elə bu yaxılarda, musavat.com-a açıqlama verən sosial demokrat 20 Yanvar qırğınının baiskarlarını öz içimizdə axtardı... Bu faciənin "yazva"sı Yazovu, Primakov kimi türkə nifrət edən qatili nədənsə xatırlamadı. Bakı Slavyan Universitretində, əli azərbaycanlıların qanına batmış Primakovun xatirəsinə həsr olunan və cəmiyyətdə ciddi etirazla qarşılanan son tədbirə də, cənab Əlizadənin baxışı özünəməxsus oldu. Necə deyərlər, Arazın "Araz aşığından, su topuğundan..."

Əlizadənin fikirləri nəinki sosial şəbəkələrdə, mətbuatda hətta, həmkarları arasında da kəskin qınanıldı. Təbii ki, "millət vəkili" fikirlərinin, dediklərinin qıcıq yaratdığının fərqində idi.  

Bəs, onda niyə, Araz Əlizadə Nuh deyir, peyğəmbər demir?

Bu isə, Araz Əlizadənin bu günlük son, həm də Redaktor.az-a açıqlaması: 

Araz Əlizadə Redaktor.az-a açıqlamasında bildirdi ki, ona etiraz edənlərlə maraqlanmır:

“Demokratiyadır, hərə öz fikrini deyir. Primakovu dərk etmək üçün gərək heç olmasa, onun yarısı qədər savadın olsun. 20 Yanvar hadisələrinin baş verməsində Primakovun heç bir rolu olmayıb. Əksinə, o, Bakıya gəlib. Xalq Cəbhəsinin liderlərinə demişdi ki, camaatı küçələrdən yığın, qan töküləcək. Onlar isə Primakova bildirmişdilər ki, Tblisidən sonra Bakıda qan tökməyə cürət etməzlər. O Primakovun ağlı, bu isə Xalq Cəbhəsinin liderlərinin... Həmin qətliamın sifarişçiləri Xalq Cəbhəsi liderləri, Qorbaçov və Azərbaycan Kommunist Partiyasının "maymaq" rəhbərləri idi”.

Millət vəkili Primakovun ermənipərəst siyasətçi olması ilə bağlı səsləndirilən fikilərlə də razılaşmadı:

“O Sovet İttifaqının vətənpərvəri, görkəmli alim, gözəl kəşfiyyatçı və jurnalist idi”.

A.Əlizadə Vəfa Quluzadənin Primakovla bağlı xatirələrinə (https://redaktor.az/news/country/78557-primakova-disimin-dibinden-cixani-dedim-heliyev-sozumu-kesmedi ) də münasibət bildirdi:

“Primakov Heydər Əliyevin çox yaxın dostu idi. Vəfa Quluzadənin nəfəsi yalandan gedib-gəlirdi, yalan danışırdı. Heç kəs Qarabağın müstəqilliyinin tanınması ilə bağlı təkliflə Heydər Əliyevə müraciət edə bilməzdi. Çünki H. Əliyev həmin şəxsin o saat ağzından vurardı. Yəni Vəfa Quluzadənin bu məsələ ilə bağlı xatirələri həqiqəti əks etdirmir”.




Ana səhifəyə qayıt        Baxış: 1 524          Tarix: 1-11-2019, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma