Xəbər lenti
Bu gün, 19:25

 

“Yeni il bayramı ərəfəsində əfv sərəncamının imzalanması gözlənilmir”.

Ovqat.com xəbər verir ki, bunu "Modern.az"a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Əfv sərəncamının imzalanmasının Prezidentin səlahiyyətində olduğunu xatırladan Komissiya üzvü ötən illərin təcrübəsinə əsaslanaraq, növbəti sərəncamın 2020-ci ildə imzalanacağını ehtimal etdiyini deyib.

“Ötən illərin təcrübəsi göstərir ki, sərəncam adətən ildə bir dəfə Novruz bayramı ərəfəsində olur. Bu il ərzində əfv sərəncamının imzalandığını və hələlik iclasların təyin edilmədiyini nəzərə alsaq, hər il müşahidə olunan halın təkrarlanacağını ehtimal etmək olar”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il martın 16-da imzaladığı 431 nəfərə şamil olunan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan, eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad olunub.




Ana səhifəyə qayıt        Baxış: 991          Tarix: 6-11-2019, 21:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma