“Son günlər Xəzər TV MMC barədə mətbuatda həqiqətə, heç bir real fakta söykənməyən əsassız məlumatlar yayılmaqdadır”.
Ovqat.com bildirir ki, bu barədə Xəzər TV MMC-dən Yeni Sabah-a daxil olan açıqlamada bildirilir.
Açıqlamada qeyd edilib ki, bəzi saytlar xüsusi canfəşanlıqla guya Xəzər TV-nin rəhbərliyində və kollektivində dəyişikliklərin olduğu, hətta təhvil-təslim işlərinin aparıldığı ilə bağlı “məlumatlar” yayırlar: “Maraqlısı budur ki, həmin saytlar bu yalan xəbərlərini hansısa “mənbədən” aldıqlarını iddia edirlər. Amma Xəzər TV-nin mövqeyini öyrənməyə də cəhd etmirlər. Bu isə qarşı tərəfin mövqeyinin öyrənilməməsi kimi jurnalistikanın ana prinsiplərinə xəyanətdir. Bu qərəzli mövqedən də aydın görünür ki, belə əsassız məlumatların yayılmasının məqsədi Xəzər TV-nin nüfuzunu zədələməkdir. Xəzər TV olaraq açıq bəyan edirik ki, televiziyada hər hansı bir dəyişiklik yoxdur. Xəzər TV, əvvəllər olduğu kimi, Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq, normal iş qrafikində fəaliyyətini davam etdirir”.
Paylaş: