"Sizə uğurlar arzulayıram. Mən sizin fəaliyyətinizi izləyirəm, televiziyalarda görürəm. Siz ümumi işimizə çox böyük töhfə verirsiniz".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.
Dövlət başçısı bildirib: "Müasir, gənc insanlar kimi, hesab edirəm ki, bugünkü Azərbaycan mediasını təcəssüm etdirirsiniz və təcəssüm etdirməlisiniz. Fürsətdən istifadə edərək sizə və bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bu münasibətlə və Yeni il münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Əminəm ki, ölkəmiz bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz". \\Report
Paylaş: