Xəbər lenti

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciət əsasında, AQTA əməkdaşları Beyləqan rayonu Aşağı Çəmənli kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Alıyev Rizvan Arzuman oğluna məxsus süd və süd məhsulları istehsal edən müəssisədə yoxlama keçiriblər.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə istehsal olunan məhsulların yağlılığını süni şəkilə artırmaq üçün bitki tərkibli “Sun 23” və “Sania” əmtəə nişanlı marqarin yağından istifadə olunduğu aşkarlanıb.

Məhsulların heç bir laborator analizinin aparılmadığı və müşahidəedici sənədlərin alınmadığı, istehsal zamanı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Eyni zamanda məhsul qablaşdırılarkən etiketlənməsi vacib olan məlumatlıardan istifadə edilmədiyi aşkarlanıb.

Yoxlama zamanı məlum olub ki, pendir və yağ istehsalı olan hissədə istehsal yeri texniki sənədlərin tələblərini əks etdirmir. Aşkarlanan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir. \\Sherg.az




Ana səhifəyə qayıt        Baxış: 397          Tarix: 24-12-2019, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma