Xəbər lenti

 

Prezident İlham Əliyevin 13 yanvarda 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bir nazirə ayrı-ayrılıqda suallar verməsi və iradlarını bildirməsi təsadüfi deyil.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, 13 yanvarda keçirilən müşairədəki bir sıra məqamlara diqqət çəkib:

“2019-cu ildə Azərbaycan iqtisadi baxımdan inişaf etdi. Bunu dövlət başçısı müşavirədə çıxışı zamanı sadaladığı rəqəmlərdə də göstərdi. Həmin müşavirədə dövlət başçısı həmçinin iradlarını da bildirdi. Məsələn, bəzi banklar hələ də istehlak kreditləri verirlər. Halbuki biznes kreditlər artmalıdır. Əhaliyə yeni iş yerləri açılmalıdır. Düzdür, maaş və pensiyalar 2019-cu ildə artdı, amma bunun yetərli olmadığını Prezident qeyd elədi. Ona görə uğurlarla yanaşı, görüləcək çox iş var. Təsadüfi deyil ki, Prezident müşavirədə iştirak edən hər bir nazirə ayrı-ayrılıqda suallar verdi, iradlarını bildirdi. Prezidentin dediyi boşluqları aradan qaldırmaq lazımdır. Bundan əlavə, sosial layihələrin reallaşdırılması vacibdir. Məsələn, bu ildən icbari tibbi sığorta tətbiq olunmalıdır. Bunun nəticələrini yəqin ki, bu ilin sonlarında görəcəyik. Yəni bu islahatlar həyata keçirilsə, deyə bilərik ki, 2020-ci ildə ötən ilin uğurları təkrarlana bilər”.

E.Şahinoğlu 2020-ci ildə Ermənistanı təcrid siyasəti və işğalçı ölkəyə qarşı mübarizənin davam etdirilməsinin vacibliyindən də danışıb:

“Əsas istəyimiz odur ki, 2020-ci ildə Qarabağ münaqişəsinin həllində də irəliləyiş əldə olunsun. Dövlət başçısı qeyd etdi ki, 2019-cu il Qarabağ məsələsi baxımından itirlmiş il oldu. Müharibənin müəyyən riskləri var. Amma heç kim və heç nə bizə mane olmur ki, işğalçıya bütün istiqamətlərdə təzyiq edək.

2019-cu ildə də Ermənistanı regional layihələrdən təcrid etmişik. Digər tərəfdən hərbi texnikamızı artırırıq. Biz yüzmilyonlarla dollar həcmində hərbi texnikanı ona görə almamışıq ki, anbarlarda saxlanılsın. Bu silahlardan zaman-zaman istifadə olunur. Bunun özü elə işğalçıya artan təzyiqi göstərir.

2020-ci il 2019-cu ildə aparılan siyasətin davamı olacaq. İşğalçı dövlətin sıxışdırılması siyasəti bu il də davam edəcək. Mümkündür ki, biz bu il də bir neçə dövlətdən hərbi texnika və sursat alaq”.




Ana səhifəyə qayıt        Baxış: 257          Tarix: 15-01-2020, 12:17      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent