Xəbər lenti

 

09:44

İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi xüsusi təyyarə ilə Bakıya yola salınıb.

APA-nın məlumatına görə, bu gün onunla vida mərasimi keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.

***

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi Bakıya gətirilib.

Cənazəni gətirən təyyarə bu dəqiqələrdə eniş edib.

***

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib.

Mərkəzin səhnəsində qoyulan cənazənin ətrafına Azərbaycan Prezidentindən və digər ünvanlardan göndərilən əklillər düzülüb.

Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

***

Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycan energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilir.

Mərasimdə dövlət və hökumət rəsmiləri, mərhumun yaxınları iştirak edir.

***

Azərbaycanın dövlət və hökumət üzvləri Natiq Əliyevlə vida mərasiminə qatılıb.

Baş nazir Artuq Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazirin müavinləri Yaqub Eyyubov, Abid Şərifov, nazirlər Kəmaləddin Heydərov, Ramil Usubov, Zakir Həsənov, Samir Şərifov, Əbülfəz Qarayev, Azad Rəhimov, Ramin Quluzadə, baş prokuror Zakir Qaralov, SOCAR prezidenti Rövnəq Abdullayev, "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyev, Komitə sədrləri Mübariz Qurbanlı, Ramiz Həsənov, tanınmış azərbaycanlı iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Fərhad Əhmədov və digər şəxslər Bakı Mədəniyyət Mərkəzində keçirilən mərasimdə iştirak edirlər.

***

Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycan energetika naziri Natiq Əliyevlə vida mərasimi başa çatıb.

Mərhumun yas mərasimi Heydər məscidində keçiriləcək.

***

Energetika naziri Natiq Əliyev dəfn olunub.

DTX-nın Mədəniyyət Mərkəzində keçirilən vida mərasiminin ardından N. Əliyevin cənazəsi II Fəxri xiyabana gətirilərək torpağa tapşırılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 932          Tarix: 10-06-2017, 14:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma