Xəbər lenti

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET ACXİ) ötən il ərzində 114 ölüm faktı qeydə alınıb.

Son günlər Ağciyər İnstitutunda ard-arda bir neçə ölüm halı baş verib.

Qeyd edək ki, bütün bunlara baxmayaraq, ET ACXİ-də ötən dörd illə müqayisədə cari il üçün qeydə alınan ölüm hallarında azalma müşahidə edilir.

Belə ki, ET ACXİ-də 2016-cı ildə 134, 2017-ci ildə 103, 2018-ci ildə 102, 2019-cu ildə 114 ölüm halı baş verib.

Cari ilin yanvar ayında qeydə alınan ölüm halları isə ötən dörd ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Belə ki, 2016-ci ilin yanvar ayı ərzində 14, 2017-ci ilin yanvar ayı ərzində 14, 2018-ci ilin yanvar ayı ərzində 11, 2019-cu ilin yanvar ayı ərzində 6 ölüm faktı qeydə alındığı halda, cari ilin yanvar ayı üçün bu rəqəm 19 olub. \\Oxu




Ana səhifəyə qayıt        Baxış: 496          Tarix: 5-02-2020, 23:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma