Xəbər lenti


İsmayıllı rayonunda qətl hadisəsi baş verib.
APA-nın xəbərinə görə, bu gün rayonun Mişgəmirli kəndində kənd sakini, 1973-cü il təvəllüdlü Soltanov Ağasəf Murtuz oğlu ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib. Onun öz maşınında öldürüldüyü deyilir. 
Hadisəni törədənin kimliyi hələlik müəyyənləşməyib. 
Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə gətirilib. 
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 



Ana səhifəyə qayıt        Baxış: 680          Tarix: 7-05-2020, 16:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma