Xəbər lenti


Tovuzda qətl törətməkdə təqsirli bilinən Fəxrəddin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 23-nə təyin olunub.

İttihama görə, ötən ilin oktyabrın 12-də Tovuz rayonunun Əlimərdanlı kəndində baş verib. 1987-ci il təvəllüdlü Asif İbrahimov mübahisə zəminində rayon sakini Fəxrəddin Məmmədov tərəfindən ürəyindən bıçaqlanaraq öldürülüb.

Hadisə Kür çayı ətrafındakı kafelərdən birində istirahət zamanı baş verib.

Belə ki, öldürülən Asif İbrahimov dostu ilə yeyib-içən zaman onların məclisinə qətli törədən Fəxrəddin Məmmədov və dostları yaxınlaşıb.

Bir müddətdən sonra tərəflər arasında mübahisə baş verib. Asif İbrahimov öncə döyülüb, daha sonra isə öldürülüb.

Qətli törədən Fəxrəddin Məmmədov hadisədən dərhal sonra ərazidən uzaqlaşıb.

Tovuz rayon polis şöbəsi əməkdaşları onun yerini 4 saat aparılan axtarışdan sonra müəyyən edərək həbs edib.

Fəxrəddin Məmmədov ilkin ifadəsində qətli törətdiyini etiraf edib.

İstintaq orqanı tərəfindən Fəxrəddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.




Ana səhifəyə qayıt        Baxış: 1 972          Tarix: 15-06-2020, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma