Xəbər lenti


Cəlilabad rayonunda baş verən ağır yol qəzasında ölən və xəsarət alanın şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gecə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili traktorla toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, Göytəpə şəhər sakini Əliyev Mehdi Xasay oğlu ölüb, onun sərnişini, 1993-cü il təvəllüdlü Allahverdiyev Asim Ramiz oğlu isə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ölən və yaralanan şəxslər xalaoğludur.

Faktla bağlı araşdırma aparılır.

08:34

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb. Onların şəxsiyyəti və
hadisənin təfərrüatları dəqiqləşdirilir.


Ana səhifəyə qayıt        Baxış: 1 970          Tarix: 31-07-2020, 11:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma