Xəbər lenti


Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun ərazisinin mənimsənilməsi faktı aşkar olunub.

Belə ki, 2019-cu ildə zavodun dəniz suyunun nəqli üçün nəzərdə tutulmuş dəniz kənarındakı nasos stansiyasının inzibati binasının ön hissəsinə Qabil Heydərov adlı şəxs özbaşına yük avtomobilləri ilə qum daşıyaraq ərazini düzləşdirərək tikinti üçün hazırlayıb.

Bu zaman zavod rəhbərliyi tərəfindən ona ərazinin sxemi göstərilməklə zəbt olunan sahənin “Azərikimya” İB-yə məxsus olduğu bildirilib və istehsalat sahəsində tikinti işlərinin aparılmasına icazə verilməyib.

Qabil Heydərov isə AZENKO şirkətinin və yüksək vəzifəli şəxslərin adından istifadə edərək öz əməllərinə bəraət qazandırmaq niyyətində olub. AZENKO-dan verilən məlumata görə, həmin şəxs, ümumiyyətlə, şirkətdə çalışmır.

2020-ci ilin avqust ayının əvvələrindən başlayaraq Qabil Heydərov gecə vaxtı gizli şəkildə uzunluğu 40 metr, eni isə 30 metr olmaqla zavod ərazisini qanunsuz olaraq hasara almağa başlayıb.

Bir neçə gün əvvəl isə zəbt olunan əraziyə tikinti materiallarının daşınıb tökülməsi aşkar edilib.

“Etilen-Polietilen” zavodunun Azərbaycan Respublikasının iqtisadiyyatı üçün strateji əhəmiyyətli olmasını nəzərə alaraq qeyd olunan hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və qanunsuz zəbt olunan sahədəki hasarın sökülərək ərazisinin yenidən zavodun istifadəsinə verilməsi təmin olunub. Ərazidə yaşıllıq salınıb.//Report



Ana səhifəyə qayıt        Baxış: 2 257          Tarix: 16-09-2020, 22:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma