Xəbər lenti

Bakı Apellyasiya Məhkəməsində kompüter sisteminə qanunsuz daxil olma və bir neçə cinayətdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Rəhman Musayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.

Qeyd edək ki, R.Musayev Cinayət Məcəlləsinin 271-ci (kompüter sisteminə qanunsuz daxil olma) və bir neçə maddə ilə ittiham edilib.

O, daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları tərəfindən həbs edilib. Daha sonra R.Musayev MTN-in təcridxanasında saxlanılıb.

R.Musayev saxlanıldıqdan sonra MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin rəhbərlik etdiyi qrup tərəfindən onun istintaqı aparılıb.

İttihama görə, R.Musayevin "Azəriqazbank"da pul hesabı olub. O, xarici vətəndaşla birlikdə sahibkarlıqla məşğul olub. MTN-ə çağırılan R.Musayevdən qazandığı pulların, bank hesabında olan vəsaitin haradan alınması soruşulub. Bundan sonra ona qarşı bir neçə maddə ilə ittihamlar irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Musayevin barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra R.Musayev apellyasiya şikayəti verərk, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Xatırladaq ki, R.Musayev və ailəsi də "MTN işi"ndə zərərçəkmiş kimi tanınıb.

 




Ana səhifəyə qayıt        Baxış: 977          Tarix: 21-06-2017, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma