Xəbər lenti


27 sentyabr-30 noyabr 2020-ci il tarixlərində ANAMA-ya 2061 əməliyyat çağırışı daxil olub və bunun əsasında 1543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov bu gün keçirilən brifinqdə deyib.

Q.Əhmədov vurğulayıb ki, əməliyyatlar nəticəsində 727 ədəd partlamamış hərbi sursat (PHS), 4330 ədəd piyada əleyhinə mina, 1110 ədəd tank əleyhinə mina, 1743 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1393 ədəd 9N235 bombacıqları, 10730 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 168 qram barıt, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radio pelenqator, 7 ədəd dron (zərərsizləşdirilmiş), 2 ədəd raketin mikrosxemi və 1643 ədəd partlamamış raket hissələri aşkar olunub.




Ana səhifəyə qayıt        Baxış: 2 462          Tarix: 30-11-2020, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma