Xəbər lenti
Dünən, 19:25

 

Bərdədə saxta səndələ avtomobil satılıb. Avtomobili etibarnamə ilə alan şəxs də nəqliyyat vasitəsini başqa birinə satıb. Məhkəmənin qərarı ilə avtomobil mülkiyyətçisinə geri qaytarılıb. Nəticədə saxta etibarnamə alqı-satqı zamanı ortada olan 3-cü şəxsə 16 min dollar ziyan vurub.

Xəbəri olmadan saxta etibarnamə ilə avtomobil alan şəxs başına iş açıb. Məhkəmə avtomobili həmin şəxsin əlindən alaraq əvvəlki sahibinə qaytarıb.

Hadisə Bərdə sakini Alim Əliyevin başına gəlib. Onun sözlərinə görə, 2011-ci ildə ''Hundai'' markalı avtomobili Bərdə bazarında 16 min dollara alıb.

Bir müddətdən sonra avtomobilin yeni sahibi Anar Axundov Alim Əliyevə bildirb ki, maşını onun əlindən alıblar. Daha doğrusu Binəqədi rayon məhkəməsinin qərarı ilə avtomobil mülkiyətçisi Fərhad Rəhimova qaytarılıb. Məsülə ilə bağlı araşdırmaya başlayan Alim Əliyev müəyyən edib ki, Elşad Hüseynov həmin maşını ona saxta etibarnamə ilə satıb.

Alim Əliyevin sözlərinə görə, Elşad Hüseynov avtomobili Fərhad Rəhimovdan almaq üçün 20 min dollara razılaşıblar. Pulun 4 min dollarını verib qalan 16 mini isə 1 aya ödəyəcəyini deyib. Fərhad Rəhimov da avtomobili notariat kontorunda ona sürmək hüququ verən etibarnamə verib. Alim Əliyev iddia edir ki, Elşad Hüseynov sürmək üçün verilən etibarnaməni Gəncə şəhərindəki notariuslardan birində saxtalaşdırıb.

Baş verənlərdən sonra Anar Axundov məhkəmənin qərarı ilə 17 min 500 dollar pulunu Alim Əliyevdən alıb. Bundan sonra zərərçəkmiş Alim Əliyev avtomobili ona saxta sənədlərlə satan Elşad Hüseynovu məhkəməyə verib. Çox çəkməyib ki, Elşad Hüseynov saxlanılıb. Məhkəmə qərarı ilə o, dövlət sənədlərini saxtalaşdırma və dələduzluq əməllərinə görə, 9 il 6 ay müddətində azadlıqdan məhrum olub. İndi Alim Əliyev ona dəymiş ziyanın ödənilməsinini tələb edir. Əgər Elşad Hüseynov həbs edilibsə zərərçəkmişə dəymiş ziyanı kim ödəyəcək?

Hüquqşünas Xəyal Bəşirov deyir ki, zərərçəkmiş Alim Əliyev mülki iddia qaldırıb saxlanıln şəxsin adına olan əmlakın satılması ilə dəymiş ziyanı ödətdirə bilər. Əgər adında əmlakı yoxdursa onda həmin şəxs azadlığa çıxdıqdan sonra məcburi əməyə cəlb edilməklə vurduğu ziyanı qarşılamalıdır.




Ana səhifəyə qayıt        Baxış: 692          Tarix: 22-06-2017, 01:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma