
Xəbər lenti
Dünən, 21:00
Dünən, 17:30
Dünən, 15:40
Dünən, 15:31
Dünən, 10:13
Dünən, 10:09
Dünən, 09:35
20-10-2025, 23:16
20-10-2025, 22:28
20-10-2025, 21:34
20-10-2025, 20:19
20-10-2025, 19:28
20-10-2025, 18:33
20-10-2025, 10:46
20-10-2025, 00:05

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, prokurorluq əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti, başqa şəxslərə aid meyit fraqmentləri aşkarlanıb. Həmin fraqmentlərin İ.Məmmədova və M.Ələsgərova aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın gedişi və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar