Xəbər lenti

 
Qondarma “DQR parlamenti" Azərbaycanın işğaldan azad etdiyi ərazilərin hüquqi statusu ilə bağlı bəyanat verib.
 
Ovqat.com-un məlumatına görə, bəyanatda həmin ərazilər “işğal edilmiş bölgə” kimi tanınıb.
 
Bəyanat rəsmi Bakının bütün xoşməramlı niyyətinə baxmayaraq, ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətdən əl çəkmədiklərini, bizim ərazilərimizdə bizimlə birgə yaşayışa hazır olmadıqlarını təsdiqləyir və Rusiyanın müdaxiləsi ilə yarımçıq saxlanılan “iti qov” əməliyyatının qaldığı yerdən davam etməsi üçün hüquqi əsas yaradır.
 
Bəyanatın dünən Ermənistan hökumətinin referendum və erkən seçki qərarından sonra verilməsi də təsadüfə bənzəmir. İrəvanın bu qərarını şərh edən bəzi ekspertlər Paşinyanın Rusiya ilə anlaşdığını irəli sürürdülər. İddiaya görə, İrəvan referendumla yenidən Rusiyanın orbitinə girəcək və Moskva tərəfindən daha ciddi müdafiə olunacaq. Görünür, “DQR parlamenti” də bundan ümidlənib yenidən “müstəqillik eşqi”nə düşüb. Azərbaycan Ordusu təhlükəni beşikdə boğmaq üçün dərhal hərəkətə keçməli və ərazi bütövlüyümüzə qarşı təhdid xarakteri daşıyan bəyanatı “separatizmin rəsmi dəlili” kimi əldə rəhbər tutmalıdır.
 
“DQR”-nin bu bəyanatı erməni separatizminə qucaq açan rus “sülhməramlılarının” missiyasını da şübhə altına alır. Rəsmi Bakı bu barədə Moskvaya etirazını çatdırmalı və “sülhməramlı”ların öz təyinatından kənar fəaliyyətini əsas gətirib onların Azərbaycan torpaqlarından çıxmalarını tələb etməlidir.


Ana səhifəyə qayıt        Baxış: 5 434          Tarix: 2-03-2021, 09:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma