Xəbər lenti


Ölkəmizdə səfərdə olan Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Nazir səfər təəssüratını MediaTürk TV ilə bölüşüb.

Bəkir Pakdəmirli Zəfər münasibətilə Azərbaycanı təbrik edib, işğaldan azad olunmuş bölgələrdə aqrar sahənin inkişafı üçün Türkiyənin bütün istiqamətlərdə ölkəmizə dəstək olacağını, Azərbaycanın bütün istəklərini Türkiyənin yerinə yetirəcəyini bildirib.

Söhbət zamanı nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanlarda Azərbaycana gələcəyini bildirib.



Ana səhifəyə qayıt        Baxış: 7 533          Tarix: 19-03-2021, 14:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma