Xəbər lenti


Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidməti “Report”a faktı təsdiqləyib. Bildirilib ki, R.Quliyevin həbs ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.

Ovqat.com-un əlavəsi
 
Rasim Quliyev kimdir?
 
Rasim Vaqif oğlu Quliyev 30 avqust 1970-ci ildə Azərbaycan SSR, Naxçıvan MSSR, Şahbuz rayonunda anadan olub.
 
1977-1987-ci illərdə Qarababa kənd orta məktəbində orta təhsil alıb.
 
1988-ci ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunub, 1993-cü ildə Geofizik-Mühəndis ixtisası üzrə bitirib.
 
Ailəlidir, 3 övladı, 2 nəvəsi var.
 
Jurnalist Bəhruz Quliyevin böyük qardaşıdır.
 
İctimai-siyasi fəaliyyəti
 
1988-1993-cü illərdən başlayan Azərbaycan Milli Azadlıq Hərəkatı dövründə tələbə hərəkatının aktiv[1] liderlərindən biri kimi SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən dəfələrlə millətçi adı ilə təqib, təzyiqlərə məruz qalıb və dəfələrlə siyasi mövqeyinə görə qısamüddətli həbs olunub.
 
1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 1999-cu il YAP-ın 1-ci qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib.
 
O dövrdə Heydər Əliyevin qatı tərafdarı kimi siyasi fəaliyyət göstərmiş, “yaş senzinin ləğvi” ilə bağlı mitinqlərdə aktiv iştirak edib. 1992-ci ilin 30 dekabrında həmin dövrün hakimiyyəti tərəfindən həbs edilib və ölkədə demokratiyanın, insan haqlarının, söz azadlığının bərqərar olunması tələbi ilə həbsxanada aclıq aksiyası keçirmişdir. Aclıq aksiyası o dövrün mediasında - qəzetlərində, radiolarında geniş şəkildə beynəlxalq təşkilatlara çatdırılıb.
 
1996-2001-ci illərdə “Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləmiş, və siyasi partiyaların Məşvərət Məclisində YAP-ı təmsil etmişdir.
 
2000-ci il Azərbaycan Respublikasının Milli Məclisinə II çağırış seçkilərdə 29 saylı Səbail seçki dairəsinin sədri olub.
 
2019-cu ilin aprel ayından YAP Mərkəzi Aparatında işə təyin olunub.
 
Əmək fəaliyyəti    Redaktə
1994-96-cı illərdə AMEA Geologiya və Geofizika İnstitutunda mühəndis işləmişdir.
 
2001-ci il fevralın 13-dən Bakı Şəhər İcra Hakimiyyəti “Ərazi idarəetmə orqanları ilə iş” şöbəsinin müdiri 2-ci dərəcəli dövlət qulluqçusu, 2010-cu il yanvarın 6-dan 2018-ci il sentyabrın 20-ə qədər BŞİH Başçısı Aparatının rəhbəri vəzifəsində çalışmış və Dövlət qulluğunun müşaviri və Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi verilmişdir.
 
BŞİH-nin Aparat Rəhbəri olmaqla yanaşı 06.01.2010 – 30.01.2019-cu illərdə həm də BŞİH Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin sədri olub.
 
22 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
 
2019-cu ilin aprel ayından YAP Mərkəzi Aparatında işə təyin olunub.
 
Elmi fəaliyyəti     

2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda Sosial-fəlsəfə ixtisası üzrə “Azərbaycanda hüquqi dövlət quruculuğunun sosial-fəlsəfi problemləri” mövzusunda dissertasiya işini başa çatdırıb, müdafiə üçün növbədədir. Bir çox elmi-publisistik məqalələrin müəllifidir.
 
AMЕА Fəlsəfə, Sоsiоlоgiyа və Hüquq İnstitutunun "Qlоbаllаşmа və infоrmаsiyа cəmiyyətinin fəlsəfi prоblеmləri" şöbəsinin dissеrtаntı Rаsim Vаqif оğlu Quliyеvin еlmi fəаliyyətinin hesabatı:[12]
 
"Аzərbаycаn Rеspublikаsındа hüquqi dövlətin təşəkkülünün sоsiаl-fəlsəfi prоblеmləri" mövzusundа fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi аlmаq üçün təqdim еdilmiş dissertasiya "Qlоbаllаşmа və infоrmаsiyа cəmiyyətinin fəlsəfi prоblеmləri" şöbəsində müzаkirə еdilib (21 iyun 2010-cu il tаriхli 5 sаylı prоtоkоl).[12]
 
"Sosial fəlsəfə" (iхtisаs), "Ümumi fəlsəfə", "İnformatika", "Хаrici dil" fənlərindən minimum imtаhаnlаrını vеrib. "Sosial fəlsəfə" (iхtisаs) - "5" (əlа); "Ümumi fəlsəfə" - "4" (yахşı); "İnformatika" - "5" (əlа); "Хаrici dil" - "4" (yахşı) qiymətləri alıb.[12]
 
"Аzərbаycаn Rеspublikаsı Prеzidеnti yаnındа Аli Аttеstаsiyа Kоmissiyаsının siyаhısındа оlаn АMЕА Fəlsəfə, Sоsiоlоgiyа və Hüquq İnstitutunun "Еlmi əsərləri", "Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Еlmi хəbərləri", Аzərbаycаn Dövlət Dillər Univеrsitеtinin "Еlmi əsərləri" jurnаllаrındа, Mоskvаdа "Kаvkаzоvеdеniе" jurnаlındа məqаlələri çаpdаn çıхmış, bəziləri çаpdаdır. Rеspublikа, beynəlxalq səviyyəli konfranslаrdа çıхış еdib, məqalələr təqdim еdib.
 


Ana səhifəyə qayıt        Baxış: 6 539          Tarix: 3-04-2021, 11:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma