Xəbər lenti


2020-ci ildə Hesablama Palatası, Kollegiya qərarlarına əsasən pul və natura ifadəsində 55,2 milyon manat vəsaitin bərpası ilə bağlı tədbirlər müəyyən edib.

“Report” xəbər verir ki, bu barədə qurumun ötənilki fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənəddə həmçinin deyilir ki, həmin məbləğin 51,9 milyon manatı bərpa olunub. Bunun isə 51,1 milyon manatının bərpası pul ifadəsində baş tutub.

Qalan 3,3 milyon manatın, o cümlədən hesabat tərtib edildikdə nəticələrinə baxılmış beş audit üzrə vəsaitlərin bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti hesabata daxil ediləcək.

Həmin məbləğin 80 %-dən çoxu artıq və əsasız ödənilmiş əmək haqqı, müavinət və bu kimi digər sosial ödənişləri əhatə edir ki, bunun da tam olaraq bərpası qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmaqla müəyyən zaman tələb edir.

Beləliklə, 130,3 milyon manat nöqsanlarla icra edilmiş məbləğin 42,4 %-nin bərpası ilə bağlı qərar qəbul edilib və bu məbləğin 94 %-nin icrası ötən il təmin olunub.

Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.


Ana səhifəyə qayıt        Baxış: 3 465          Tarix: 5-04-2021, 15:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma