Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Xəzər dənizində güclü partlayış baş verib. Partlayışın neft yataqlarının birində baş verdiyi, yoxsa vulkan püskürməsi olduğu hələ aydın deyil.
Amma yanğının dənizdə neft-qaz yataqlarına hər hansı təhlükəsi yoxdur, Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov BBC News Azərbaycancaya deyib. Onun sözlərinə görə, yanğın baş verən yerin yaxınlığında hər hansı neft-qaz platforması yoxdur.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə onlara məlumat daxil olmayıb.
"Bununla belə, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır,"- qurum bildirib.
Vulkan ehtimalı
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Xəzərdəki hadisənin palçıq vulkanının əlaməti olduğunu deyib.
APA yazır ki, Qurban Yetirmişli Xəzərdə çoxlu palçıq vulkanı olduğunu deyib: "Nə platformalarda, nə neft quyularında, nə də Sərhəd Qoşunlarının Xəzər dənizindəki gəmilərində qəza baş verib. Bu, palçıq vulkanının əlamətidir. Xəzərdə çoxlu palçıq vulkanı var, biri püskürüb. O da alovla müşayiət olunub, tez də - 20, 30 saniyəyə sönüb".
Qurumun informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib ki, baş verən hadisə ilə bağlı dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri də partlayışın mənbəyini araşdırırlar.
Köhnə kəşfiyyat quyusunda qəza iddiası
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı BBC News Azərbaycancaya deyib ki, hadisədən məlumatlı olan mütəxəssislərin ona verdiyi məlumata görə, partlayış Ümid yatağının öyrənilməsi üçün qazılmış köhnə kəşfiyyat quyusunda baş verib.
Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov deyib ki, hazırda partlayışın mənbəyi araşdırılır: "Mirvari xanım bu məlumatı hardan götürüb, bilmirəm, amma hələ araşdırılır ki, nə baş verib".
Gəmilər salamatdır
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev sosial media hesabında yazıb ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib.
Sosial şəbəkələrdə Xəzər dənizində baş verən hadisənin tankerdə olması da iddia olunub.
"SOCAR-ın heç bir sənaye obyektində qəza baş verməyib"
Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, onların istismar etdiyi yataqların heç birində qəza baş verməyib.
Mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bildirib ki, sosial mediada yayılan görüntülərdən xəbərdardılar və hazırda nə baş verdiyi araşdırılır: "Sizə yalnız onu deyə bilərəm ki, Azərbaycan Dövlət Neft Şirkətinin istismar etdiyi yataqların, sənaye obyektlərinin heç birində qəza baş verməyib".
Nə baş verib?
Bazar günü axşam saatlarında sosial mediada Xəzərin Azərbaycana aid olan sektorundakı neft platformalarının birində partlayış baş verdiy xəbərləri yayıldı.
Alovu Bakıdakı sahildən görmək olar. BBC News Azərbaycanca müxbiri göy üzünün qəfildən dəniz tərəfdə qırmızı rəngə büründüyünü müşahidə edib.
Turan informasiya agentliyi yazıb ki, qeyri-rəsmi məlumata görə, partlayış Ümid yatağında, ya da Qum Adasında baş verib.
Hər iki sahə Bakıdan bir neçə on kilometr məsafə uzaqlıqdadır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar