Xəbər lenti


İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun sərxoş vəziyyətdə Xaçmaz Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşı, polis baş leytenantı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktının təfərrüatları məlum olub.

Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Nabranda yox, Xaçmaz-Xudat yolunda, Tofiq Quliyev küçəsində “Samovar” restoranının yanında yerləşən və Eldəniz Vəliyevə məxsus olan “Starıy Dvor” adlı kafedə baş verib. Həmin kafeni Eldəniz Səlimovun xalası qızının əri Əfəndiyev Çingiz Nizami oğlu işlətsə də, kafe deputatın xalası qızı Əfəndiyeva Zülfiyyə Eldar qızının adına qeydiyyatdadır.

Hadisənin baş vermə təfərrüatı isə belədir.

Bir müddət bundan əvvəl deputat tərəfindən döyülən Zaur Mirzəyev “Starıy Dvor” kafesinə gələrək kafenin saat 00:00-dan sonra fəaliyyət göstərməməsini xahiş edib. Bununla bağlı pandemiya qaydalarının pozulduğunu, bunun qanunsuz olduğunu bildirib.

Hadisə baş verən gün gecə saat 00:45-də, deputat bir neşə dostu ilə bərabər özünə məxsus olan “Starıy Dvor kafesində pivə içərkən, deputat seçkiləri vaxtı tanıdığı Zaur Mirzəyevin atasına zəng edib. Onun oğlunun harda olduğunu soruşub. Polis nəfərinin atası oğlunun evdə yatdığını bildirib. Deputat atasına oğlunu təcili qaldırmağı və yanına gəlməsini tapşırıb. Bir qədər sonra Zaur Mirzəyev deputatın “Starıy Dvor” kafesinə gəlib və orada Eldəniz Səlimovun bir neçə dostu ilə pivə içdiyini görüb. Bu zaman deputat “Zaura sən bura gəlib, demisən ki, restoranı saat 12-dən sonra işlətməyin. Bilirsən də bu restoran kimindir.” Polis nəfəri qanunları izah edib və qanun çərçivəsində bunu tələb etdiyini bildirib.
Bu zaman Deputat yerindən duraraq polisi şillələyib. Onu ağır söyüşlərlə təhqir edib. Zaur Mirzəyev ona “məni bura döymək üçün çağırmısız, siz vəzifəlisiz deyə, məni döyməlisiz”- deyə bildirib.

Bunda sonra deputat daha da hiddətlənib və polisi daha ağır formada döyməyə başlayıb. Zaur Mirzəyev deputatdan onu buraxmağı xahiş etsə də, deputat polisdən əl çəkməyib. Tamam haldan düşəm polis nəfəri daha sonra əynində olan gödəkçənin yırtılıb deputatın əlində qalmasından sonra qaça bilib.

Hadisənin ən önəmli detayı isə polis nəfərinin ayıq davranaq bütün proseslərin səs yazısını qeyd etməsi olub. Həmin səs yazması hazırda sübut kimi təqdim edilib.


Ana səhifəyə qayıt        Baxış: 5 105          Tarix: 30-07-2021, 14:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma