Xəbər lenti

 
Tarixdə ilk dəfə olaraq qondarma “DQR”-ın “Müstəqillik Günü” tədbirləri Ermənistanın yüksək rəhbərliyinin iştirakı olmadan keçiriləcək. 
 
Ovqat.com xəbər verir ki, qondarma qurumun rəsmi Telegram səhifəsi bu məlumatı yayıb.
 
Məlumata görə, sabah - sentyabrın 1 -də qondarma “DQR“parlament”inin növbədənkənar iclası keçiriləcək və ertəsi gün "Artsax Respublikası"nın Müstəqillik Gününə həsr olunmuş tədbirdə nə Ermənistan prezidenti Armen Sarkisyan, nə də baş nazir Nikol Paşinyan iştirak edəcək. “Eləcə də Ermənistan Respublikası Milli Məclisinin sədri Alen Simonyan gəlməyəcək. Lakin növbədənkənar sessiyada Ermənistanın bütün parlament fraksiyalarının nümayəndələri iştirak edəcək”, - məlumatda bildirilir.
 
“DQR” adlı qurumun bu təşəbbüsü Azərbaycanın ərazi bütövlüyü və suverenlik haqqlarına ziddir və ölkə rəhbərliyi onun qarşısını almaq üçün təcili tədbirlər görməlidir.


Ana səhifəyə qayıt        Baxış: 6 235          Tarix: 31-08-2021, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma