Xəbər lenti

Pənah Hüseyn: “Bunun üçün regionda geosiyasi vəziyyətin fundamental dəyişməsi lazımdır” 

Gələn il Rusiyada keçiriləcək prezident seçkiləri bu ölkə ilə yanaşı, post-sovet məkanı və digər dünya dövlətlərinin də diqqət mərkəzindədir. Azərbaycanda isə bu seçkilər zamanı yeni bir qüvvənin hakimiyyətə gəlişinin mümkünlüyü və bunun Qarabağ probleminin ədalətli həllinə göstərə biləcəyi mümkün təsirlər daha çox müzakirə olunur.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn bu ehtimalı o qədər də yüksək hesab etmədiyini bildirib:

“Rusiyada Putindən öncə bir neçə prezident olub. Lakin Rusiyanın Qarabağla bağlı siyasətində hər hansı dəyişiklik baş verməyib. Rusiyanın Qarabağla bağlı ənənəvi siyasəti mövcuddur. Prezidentləri dəyişməsi ilə Qarabağ probleminə baxış dəyişməyib.

Rusiya Qarabağ probemindən Qafqazda öz təsirini saxlamaq üçün istfadə edir. Regional geosiyasi vəziyyət fundamental şəkildə dəyiməsə, Qarabağla bağlı siyasətin də dəyişməsi gözlənilən deyil. Vəziyyət isə həm müsbətə, həm də mənfiyə doğru dəyişə bilər.

Hesab edirəm ki, getdikcə vəziyyət daha çox gərginləşir. Rusiyada imperializm meyillərinin artması, sərhədlərin genşləndirilməsi ilə bağlı çağırışlar, bu istiqamətdə aparılan işlər Rusiyanın hərbi gücünü artırması və s. vəziyyətin pisləşmə ehtimalının daha yüksək olduğunu göstərir.

Hazırda Ermənistanın dövlət müstəqilliyini itirməsi prosesi gedir. Eyni gərəyana Azərbaycanı da qoşmaq istəyən qüvvələr var. Odur ki, mövcud şərtlər daxilində Rusiyanın Qarabağ probleminin beynəlxalq hüquqa uyğun şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəində siyasət yürüdəcəyi güman olunmur”.

 




Ana səhifəyə qayıt        Baxış: 827          Tarix: 14-06-2017, 14:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma