Xəbər lenti

Azərbaycan Hava Yolları Dövlət Şirkətinin (AZAL) Naxçıvan Muxtar Respublikasına (NMR) Ermənistan hava məkanından istifadə etməklə uçuşlar etməsi məsafəni bir qədər qısaldıb. Belə ki, İran üzərindən baş tutan uçuşun məsafəsi 421 km, müddəti 1 saat 10 dəqiqədirsə, Ermənistan üzərindən məsafə 50 km qısalaraq 371 km, müddət isə 10 dəqiqə azalaraq 1 saat təşkil edir.

Xatırladaq ki, Bakı-Naxçıvan-Bakı istiqamətində təyyarə biletinin qiyməti 2 yaşadək uşaqlara pulsuz, 2-12 yaş arası 40, 12 yaşdan yuxarı sərnişinlərə isə 50 manatdır. Məsafənin qısalması, bilet qiymətlərinə təsir edib-etməyəcəyini dəqiləşdirmək üçün AZAL Dövlət Konserni ilə əlaqə saxladıq.

Şirkətin məlumat mərkəzindən “AzPolitika.info”ya bildirildi ki, hazırda adıçəkilən istiqamətdəki reyslər üçün qiymət dəyişikliyi yoxdur:”Pandemiya dövründə dəymiş ziyan, təyyarələrin mütəmadi dezinfeksiya xərci, yanacağın qiymətinin bahalaşması səbəbindən qiymət dəyişikliyi gözlənilmir”.



Ana səhifəyə qayıt        Baxış: 6 381          Tarix: 12-10-2021, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma