Xəbər lenti
Dünən, 19:25

"Azərbaycan azad olunan ərazilərdə təmizləmə işləri üçün yeni minaaxtaran robotlar alacaq". "Report"un xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda minaaxtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir: "Ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Bu ərazilər tez bir zamanda təmizlənməlidir ki, quruculuq və abadlıq işləri də sürətləndirilsin. Hazırda minaaxtaran cihazlarla yanaşı, həmçinin minaaxtaran robotların da alınması ilə bağlı işlər aparılır. Bu işləri Fövqaladə Hallar Nazirliyi ANAMA və Müdafiə Nazirliyi ilə birgə aparır. Bununla bağlı sürətli işlər görülür, məsələlər müzakirə edilir".

Nazir bildirib ki, ərazi yaşıllıq olduqca mina axtarması çətinləşir: "Amma artıq payız-qış mövsümüdür, otlar quruyur və mina axtarışları sürətləndirilib".



Ana səhifəyə qayıt        Baxış: 2 911          Tarix: 12-12-2021, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma