Xəbər lenti
 

Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy Naxçıvanda üzləşdiyi repressiyalarla bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
 
Ovqat.com xəbər verir ki, Ağasoy bu müraciəti vatçap profili vasitəsilə paylaşıb.
 
Müraciətdə 7 ay bundan əvvəl korrupsiyanı tənqid edən paylaşım etdiyi üçün işdən uzaqlaşdırıldığını bildirən Xalq artisti Naxçıvan televiziyasının arxivində saxlanılan bütün televiziya filmlərindən səsini çıxarıldığını, başqa birisinin səsi ilə əvəz olunduğunu yazıb. 
 
Dəfələrlə Muxtar Respublika rəhbərliyinə müraciət etsə də, şikayətlərinə heç bir əhəmiyyət verilmədiyini vurğulayan Ağasoy Prezidentdən üzləşdiyi haqsızlığın qarşısının alınmasını, onun yenidən Naxçıvan MR Musiqili Dram Teatrında işə bərpa olunmasını xahiş edib.
 
Qeyd edək ki, martın 27-də 63 yaşını tamamlayan Xalq artistinin pensiyaya çıxmasına sayılı günlər qalmışdı. Naxçıvan rəhbərliyi isə ona pensiyaya çıxmaq fürsəti vermədən işdən çıxarması, ardınca isə 10 illərlə arxivdə toplanan yaradıcılığının məhv edilməsi Həsən Ağasoyu təkcə fizikən yox, həm də mənən tarixin yaddaşından silmək cəhdi kimi qiymətləndirilə bilər və mədəniyyətə qənim kəsilən bu zehniyyətin bir adı var – barbarlıq.
 
Həsən Ağasoyun Prezidentə müraciətini təqdim edirik:





Ana səhifəyə qayıt        Baxış: 6 666          Tarix: 13-12-2021, 09:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma