Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Dünyanın bəlkə də ən ağır repressiyası 37-ci illərdə SSRİ-də baş verib. Biz də o repressiyalardan əziyyət çəkən xalqlardan biriyik.
Bilirik ki, hətta o illərdə belə, “vətən xaini” adı ilə Sibirə göndərilən, güllələnən ziyalıların əsərlərini tam məhv etmirdilər. Sovet hakimiyyəti dövründə biz rahatlıqla Hüseyn Cavidin, Mikayıl Müşfiqin yaradıcılığını oxuya bilirdik. Repressiya qurbanları olan ədiblərin məktəb kitablarına salınan əsərləri ilə lap uşaqlıq illərindən tanış olurduq. İndi isə Naxçıvanda sovet repressiyalarından fərqli olaraq, gözümçıxdıya salınan ziyalıların ərsəyə gətirdikləri mədəniyyət nümunələri tamamilə silinir, yox edilir.
Necə ki, Muxtar Respublikada 7 ay bundan əvvəl heç bir ciddi səbəb olmadan işdən çıxarılan xalq artisti Həsən Ağasoyun səsini sənədli televiziya filmlərindən siliblər.
Ovqat.com-un məlumatına görə, bir neçə il bundan əvvəl Naxçıvan Televiziyasının hazırladığı “Dədə Qorqud və Naxçıvan” adlı filmi Həsən Ağasoy səsləndiribmiş. Bu gün Naxçıvan TV-də təkrar nümayiş etdirilən filmdən xalq artistinin səsinin silinib, yerinə başqasının səsinin əlavə edildiyi məlum olub.
Qeyd edək ki, Həsən Ağasoyun yeganə günahı korrupsiyaya qarşı fikirlərini vatçapda paylaşması olub. Halbuki Prezident İlham Əliyev də dəfələrlə bənzər fikirlərlə çıxış edib və bəlkə də xalq artisti ölkə başçısının bu təşəbbüsünü dəstəkləmək üçün həmin statusu paylaşıb. Di gəl ki, onun bu cəsarəti Naxçıvan hakimiyyətində nədənsə bərk qıcıq doğurub. Ertəsi gün onu Mədəniyyət Nazirliyinə çağırıb könüllü şəkildə işdən çıxmaq barədə ərizə yazdırıblar. İndi isə xalq artistinin səsinin televiziya filmlərindən çıxarılması muxtar hakimiyyətin Həsən Ağasoyu nəinki teatr, hətta tarix səhnəsindən də silməyə xidmət edir.
Həsən Ağasoy 1999-cu ildə mərhum Prezident Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülən mədəniyyət xadimlərindəndir. Maraqlıdır ki, Həsən Ağasoya qarşı bu gün həyata keçirilən mənəvi repressiya da məhz mərhum Heydər Əliyevin ölümünün 18-ci ildönümünə təsadüf edir. Görünür, Naxçıvan “xanı” “Heydər Əliyev irsinə sədaqət” deyəndə onun zamanında mükafatlandırılan insanları tarixdən silməyi nəzərdə tutur və mərhum Prezidentin ölüm gününün ildönümündə onun ruhunu bu cür yad edir.
Həsən Ağasoyun mədəniyyət sahəsindəki xidmətləri Prezident İlham Əliyev tərəfindən də dəfələrlə mükafatlandırılıb. O, 2005–2010-cu illərdə və 9 may 2018-ci ildə prezident mükafatçısı olub, 2008-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb.
Bu gün Naxçıvanda mənəvi repressiyaya məruz qalan Həsən Ağasoy Azərbaycanın müstəqillik mübarizəsində aktiv rol oynayan sənət adamlarından biridir. Onun 1989-cu ildə sərhəd hərəkatında iştirakı indiyədək tarixin silinməz yaddaşında yaşayır. Təqdim etdiyimiz bu videoda Şəhriyarın “Azərbaycan” şeirini o səsləndirir.
Təəccüblüdür ki, son 7 aya qədər Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov H.Ağasoya xüsusi diqqət göstərir, Muxtar Respublikanın əlamətdar günlərində, sənətçinin yubiley tədbirlərində onunla görüşür və xalq artistini mükafatlandırırdı. Ötən yay aylarında məlum vatçap statusu paylaşılandan sonra isə nədənsə “xan” həzrətlərinin üzü döndü. Bir çoxları bunun səbəbini Naxçıvanın “Boz kardinalı” Azər Zeynalovun ara qarışdırmasının nəticəsi hesab edirlər.
Naxçıvandakı etibarlı mənbələrdən aldığımız məlumata görə, xalq artisti özünün vatçap nömrəsində paylaşdığı statuslarında qarşılaşdığı repressiya faktına etiraz edib. Həmin etiraz “nota”larını diqqətinizə çatdırırıq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar