
Xəbər lenti
Bu gün, 20:36
Bu gün, 19:11
Bu gün, 17:35
Bu gün, 16:21
Bu gün, 15:30
Bu gün, 14:50
Bu gün, 12:18
Bu gün, 11:22
Bu gün, 09:50
Dünən, 22:46
Dünən, 21:16
Dünən, 20:12
Dünən, 20:00
Dünən, 16:06

2022-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 197 min nəfər olub. Bu da ölkə əhalisinin 11.9 faizini təşkil edib.
Bu barədə "Turan"a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Altı ay öncə, 2021-ci il iyulun 1-i Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214.1 min pensiyaçı qeydiyyatda olmuşdu.
Həmin məlumatı da DSK yaymışdı. Komitənin məlumatına görə, bu da ölkə əhalisinin 12.1 faizini təşkil edirdi: "Onların 58.8 faizi yaşa, 29.5 faizi əlilliyə, 11.7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır…".
2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılıb. Qadınlarda isə 60 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.
Son 4 il 6 ayda Azərbaycanda pensiyaçıların sayında azalma başlayıb. Rəsmi rəqəmlərə görə, 2017-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 328.4 min nəfər pensiyaçı qeydiyyatda olub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar