Xəbər lenti
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
““Azərbaycan dilinin Orfoqrafiya Lüğəti” bu il yenidən nəşr olunacaq”.
Ovqat.com-un məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli “Report”a açıqlamasında deyib.
Onun sözlərinə görə, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub: “Bu il “Azərbaycan dilinin yeni Orfoqrafiya Lüğəti”nin təkmilləşdirilmiş formada ikinci nəşrinin çap olunması nəzərdə tutulub və bu, elm və nəşriyyatın planına daxil edilib. Yəni, lüğəti bu il təkrar nəşr edəcəyik, çünki buna tələbat da böyükdür. Artıq bütün sözləri bir daha diqqətlə oxumaq və digər məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. Dilçilik İnstitutuna da bununla bağlı tapşırıq və göstərişlər verilib. Yeni lüğətdə bu və ya digər nöqsanlar varsa, hamısı aradan qaldırılacaq”.
Qeyd edək ki, AMEA-da bütün həngamələr Azərbaycan dilinin son Orfoqrafiya Lüğətinə “hörümçək” sözü salınmamasından çıxıb. Bu unutqanlıq “elmi ictimaiyyət” arasında ciddi etirazla qarşılanıb. AMEA prezidenti Ramiz Mehdiyev yanvarın 19-da Rəyasət Heyətinin iclasında lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlardan razı olmadığını və onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini bildirib. Dilçilik İnstitutu və digər məsul şəxslər isə həmin sözün lüğətə salınmamasını sırf texniki qüsur kimi dəyərləndirir.
Xatırladaq ki, “Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti” 5 ildən bir hazırlanır. Lüğət sonuncu dəfə ötən il çap olunmuşdu.
Uzun sözün kəsəsi, belə çıxır ki, ibtidai sinif şagirdlərinin belə bildiyi bu kəlmənin orfoqrafik lüğətdə izahının verilməməsi səbəbindən Dilçilik İnstitutunun hər 5 ildən bir bir neçə əlavə ilə yenidən dərc etdiyi kitab yox ediləcək, onun yerinə təzəsi dərc olunacaq. Bütün bunların hamısı isə bir hörümçəyə görə baş verəcək. Hörümçəkdəki hörmətə bax, ha!
Halbuki, izahlı lüğətə salınmayan yüzlərlə bu cür söz ola bilər və vardır. Xüsusilə hər kəs tərəfindən bilinən sözlərin izahlı lüğətə salınması belə, xeyli mübahisəli olduğu halda AMEA-nın bu mövqeyi səbəbdən çox bəhanəyə bənzəyir.
Dünən AMEA-nın Rəyasət Heyətinin toplantısında qurumun prezidenti Ramiz Mehdiyevin qəzəbinə tuş gələn təkcə Dilçilik İnstitutunun olmaması da bu ehtimalı gücləndirir. Belə ki, Dilçilik İntitutunun rəhbəri ilə yanaşı Tarix İnstitutunun baş direktoru Kərim Şükürov da Ramiz Mehdiyev tərəfindən tənqidə məruz qalmışdı. Baş akademik öz çıxışında belə demişdi: “Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir və müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyi məni narahat edir. İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm. Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar isə AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm”.
Maraqlıdır ki, “akademik” tənqidə məruz qalan hər iki şəxs indi tutduqları vəzifələrə ötən il təyin olunublar: Baba Kərimli 28 yanvar 2021-ci ildə, Kərim Şükürov isə 2021-ci il dekabr ayının 1-də. Xüsusilə Kərim Şükürovun direktorluğunun “40”ı təzə çıxıb. Ramiz Mehdiyev niyə məhz bu iki alimi qaralayıb? O boyda AMEA-da hər şey güllük-gülüstanlıqdır, bircə Tarix və Dilçilik İnstitutlarında özbaşınalıqlar baş alıb gedir?
Əlbəttə, xeyr. Zənnimizcə, hər iki institutun baş direktorlarının “qaralanmasının” daha dərin səbəbi ola bilər. Mümkündür ki, gənc kadrların institutların direktorları vəzifəsinə təyin edilməsi uzun illər boyu bu “elm ocağ”ında kök salmış yaşlıların maraqlarına uyğun olmayıb və bu qərar akademiyada gəncləşdirmək siyasəti aparmaq istəyən ölkə rəhbərliyi tərəfindən AMEA Rəyasət Heyətinə qəbul etdirilib. İndisə “qoca qurdlar” bu siyasətə qarşı qiyama qalxıblar.
Xatırladaq ki, dünən “Report”a verdiyi açıqlamasında Tarix İnstitutunun baş direktoru Kərim Şükürov bu gün istefa ərizəsini yazıb tutduğu vəzifəni “qoca qurdlara” təhvil verəcəyini bildirmişdi. Bu baş tutarsa, “qoca”ların “hörümçək” əməliyyatında ilk qələbələrini qazanmış sayılacaqlar. Di gəl ki, Akademiyanın “ağsaqqalları” 2 aydır səbirsizliklə gözlədikləri bu qələbəni təntənəli şəkildə qeyd etmək səadətinə qovuşmaq üçün “əliyandım”da Kərim Şükürovu axtarırlar, lakin tapa bilmirlər. Adam sanki yağlı əppək olub göyə çəkilib. Hər halda Ramiz Mehdiyevin I müavini İsa Həbibbəyli mediaya açıqlamasından belə anlaşılır.
“Kərim Şükürovun istefa qərarından xəbərim var. Səhər tezdən indiyədək onu axtarıram. Onunla görüşmək istəyirəm, zəng edirəm, telefonu bağlıdır. Tapa bilmirəm ki, baş verənləri müzakirə edək”, - bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib: “Kərim müəllimlə söylədiyi fikirlərlə və istefa ilə bağlı görüşmək istəyirəm. Görüm, niyə belə qərar qəbul edib? Hər halda nömrəm telefonuna düşüb. Tarix İnstitutunda hazırda iclas gedir və orada da iştirak etmir”.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov bu gün istefa ərizəsi yazacağını açıqlamışdı. Tarixçi akademiyanın prezidenti Ramiz Mehdiyevin ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən onun haqqında ziddiyyyətli fikirlərə etiraz olaraq bu addımı atacağını bildirmişdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar