Xəbər lenti
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Qədim dövrlərdə kölələr və cariyələr öz əfəndilərinə müəyyən miqdarda pul ödəyib azadlıqlarına qovuşa bilərdilər. Bu ənənə 7-ci əsrdə meydana gələn İslam dini mətnlərində də öz əksini tapıb. Nur surəsinin 33-cü ayəsində deyilir: “Bədəlini ödəməklə azad olmaq istəyən qullarınızın və cariyələrinizin təkliflərini qəbul edin - əgər onlarda xeyir görsəniz”.
İslam şəriətində azadlıq üçün pul ödəyib köləlikdən xilas olanlara "mükatəbə" deyilirdi. Mükatəbə ərəbcə "yazılı mətn" anlamına gəlirdi və 7-ci əsrdə azadlığını qazanan qullar yazılı sənədlə sərbəst buraxıldığı üçün bu adı alırdılar.
XXI əsr Naxçıvanında mütakəbə sistemi indiyədək davam etdirilir. Əldə etdiyim məlumata görə, bir neçə il əvvəl Türkiyəyə uzman həkimlik təhsilinə göndərilən gənclərdən ya qalıb ömürlərinin sonlarına qədər Naxçıvanda 300-400 manata işləmək, ya da ölkəni tərk edə bilmək üçün 23 min manat “mükatəbə haqqı” istənilib. Uzman həkimlərdən Mahir Nəsirov 18 min manat, Rövşən Nəsirov isə 23 min manat ödəyərək azadlıqlarına qovuşaraq Türkiyəyə gediblər. Görünür, Nəsirovlar qardaş olduqlarından onlardan birinə xüsusi endirim edilib.
Uroloq-cərrah kimi uzmanlaşmış İbrahimov Anarın da 23 min manat ödəyərək Naxçıvandan qaçdığı bildirilir. Digər uzman-doktor Elşən Nəcəfov isə hələ də bu məbləği toplaya bilmədiyi üçün Naxçıvanda işləyir. Onun 400 manat maaş aldığını nəzərə alsaq, yəqin ki, ömrünün sonuna qədər mükatəbə hüququ qazana bilməyəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar