Xəbər lenti
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmlər doktorluğu üzrə qəbul olunmuş dissertanta elmi məsləhətçi təyin olunması ilə bağlı təzyiqlər edilir. Belə ki, dissertantın birlikdə işləmək istədiyi, elmi məsləhətçi olaraq təklif etdiyi dilçi-alim "məsləhət görülmür", ancaq Elmi Şuradan kənarda, yəni hələ Elmi Şuranın iclası keçirilmədən küncdə-bucaqda dissertanta təzyiq edib dostbazlıq prinsipi əsasında elmi məsləhətçi təyin etmək istəyirlər”.
Ovqat.com xəbər verir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Yusifovanın email ünvanımıza göndərdiyi məktubunda belə deyilir:
Müəllif şəxsən üzləşdiyi qeyri-etik davranış barədə yazır:
“Halbuki Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Əsasnaməsində elmlər doktorluğu üzrə dissertanta mütləq şəkildə elmi məsləhətçi təyin edilməsi qeyd olunmamışdır.
Dilçilik İnstitutuna akademik Ramiz Mehdiyev tərəfindən yenicə Baş direktor göndərilmiş Nadir Məmmədli bir dissertant olaraq qanunsuz hərəkətlə barışmamağımı, kimisə zorla mənə elmi məsləhətçi təyin etməyin düzgün olmamasını dilə gətirməyimi tərbiyəsizlik kimi qiymətləndirib: "Sən kimsən ki, etiraz edəsən? Tərbiyən olsun! Deyəsən, sən də İdrisin (Dilçilik İnstitutunun şöbə müdiri, professor İdris Abbasov nəzərdə tutulur) yolunu gedirsən" – deyə məni bu cür təhqir edib hədələməyə başladı. Mən haradan biləydim ki, institutdakı qanunsuzluğa etiraz etmək hörmətli professor və Baş direktor Nadir Məmmədlinin dünyagörüşünə görə tərbiyəsizlikdir, ancaq küncdə-bucaqda dissertanta təzyiq göstərmək, vəzifə səlahiyyətlərindən sui-istifadə edib öz dostlarını elmi məsləhətçi kimi götürməyə məcbur etmək, dost olmayan elmlər doktorlarını savadsız saymaq, “dost”ların diktəsini qəbul etdirməyə çalışmaq, dissertantı "sən kimsən" deyib heçə saymaq, aşağılamaq tərbiyəli davranış imiş! Maşallah, elmdən başqa hər fəndi yaxşı bilirlər. Hətta bu həqarəti dissertanta kömək və yaxşılıq kimi qəbul etdirmək istəyirlər.
Sual olunur: nəyə görə elmi şura olmadan Nadir müəllimin təhsil şöbəsinin müdiri təyin etdiyi dosent Rasim Heydərov 27 yanvar 2022-ci il tarixdə mənə filologiya elmləri doktoru Gülsüm Hüseynovanı yox, Nadir Məmmədlinin yarımştat işə götürdüyü filologiya elmləri doktoru Həbib Zərbəliyevi elmi məsləhətçi kimi qəbul etməyim üzərində israr edir?
Bu məsələyə aydınlıq gətirmək üçün 28 yanvar 2022-ci ildə Baş direktor Nadir Məmmədliyə müraciət etdim. Sərt və təhqiramiz münasibətlə qarşılaşdım. Direktorun alim adına və direktorluq vəzifəsinə yaraşmayan qeyri-etik davranışı gənc bir alim kimi məni sarsıtdı. Qarşılaşdığım səhnəyə hələ də inana bilmirəm. Axı ixtisas indeksləri eyni olan Həbib Zərbəliyevin Gülsüm Hüseynovadan nəyi artıqdır ki? Birincisi indoneziya dilində saylardan müdafiə edibsə, ikincisi müqayisəli aspektdə tat dilinin leksikasından müdafiə edib. Üstəlik, özünüreklama meyilli olmayan Gülsüm xanımı bir çox cəhətləri ilə Həbib müəllimdən üstün saymaq olar. Bu məsələdə Həbib müəllimin yeganə üstünlüyü Baş direktorun dostu olmasıdır. İndi Gülsüm Hüseynovadan imtina edib Həbib Zərbəliyevi özümə elmi məsləhətçi götürməyimə məcbur edilməyimi hansı direktivlərlə izah etmək olar?
Baş direktor Nadir Məmmədlinin qanunsuz olaraq məni hədələməsi, təhqir etməsi heç bir çərçivəyə sığmır. Hətta sabiq direktor akademik Möhsün Nağısoylu qadın əməkdaşlara qarşı bir dəfə də olsun, belə neqativ davranmamışdı.
Vacib xatırlatma: Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 2.3. bəndinə əsasən, elmi rəhbərlər (fəlsəfə doktoru dissertasiyası üzrə) və ya iddiaçının istəyinə uyğun olaraq elmi məsləhətçilər (elmlər doktoru dissertasiyası üzrə) müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatın, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda təsdiq edilir...”.
Düşünürəm ki, artıq şərhə ehtiyac yoxdur”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar