Xəbər lenti

Gəncə şəhərində sahibsiz itlərin güllələnməsi ilə bağlı məsələ nəzarətə götürülüb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, faktla bağlı araşdırmalar başlanılıb.

"Məsələ nəzarətə götürülüb, araşdırma aparılır, tezliklə araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək", - deyə E.Qasımov qeyd edib.

*** 16:27

Gəncə şəhərində itlərin kütləvi şəkildə öldürüldüyünü əks etdirən görüntülər yayılıb.

Gəncə Şəhər İcra Hakimiyyətindən "Unikal"a verilən məlumata görə, İcra Hakimiyyəti tərəfindən belə bir göstəriş verilməyib və hazırda faktla bağlı araşdırma aparılır: “Sahibsiz heyvanların güllələnməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir göstəriş verilməyib. Məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib. Bununla yanaşı çəkiliş aparılan sözügedən məişət tullantıları poliqonunun Gəncə şəhərinin ərazisinə aid olub-olmaması da araşdırılır. Həmçinin qeyd edək ki, Gəncə şəhərinin məişət tullantıları poliqonu şəhər kənarında yerləşir və ətraf ərazilərdən də ora tullantılar gətirilir.

Sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün hazırda sığınacaq hazırlanır. Yaxın günlərdə sığınacaq fəaliyyətə başlayacaq".



Ana səhifəyə qayıt        Baxış: 1 888          Tarix: 4-02-2022, 19:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma