Xəbər lenti

 

Gəncə şəhərində azyaşlı uşaq xəstəlikdən dünyasını dəyişib.

Hadisə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında baş verib.

Gəncə şəhər sakini, 2014-cü il təvəllüdlü Abdullayeva Zəhra Ramiz qızının bir neçə gün qızdırması olub. Azyaşlı Gəncə şəhər Dəmir Yolu Xəstəxanasına aparılsa da, orada müalicələr nəticə verməyib. Uşaq oktyabrın 19-da səhər saatlarında yüksək hərarət ilə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Uşaq xəstəxanaya çatdırılandan bir müddət sonra orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./trend/




Ana səhifəyə qayıt        Baxış: 360          Tarix: 19-10-2019, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma