Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
Məlum olduğu kimi, ötən gün Hövsan qəsəbə sakini Müqabil Abbassoylu Sadiq oğlunun redaksiyamıza göndərdiyi şikayət məktubunu dərc etmişdik. Məktubda şikayətçi yanvar ayının 3-də şəxsi avtomobilinin qanunsuz olaraq cərimə meydançasına aparıldığını və orada saxlanıldığı müddətdə maşındakı 50 kq qovurmasının xarab olduğu iddiasını irəli sürürdü.
Bununla bağlı olaraq DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Ovqat.com-a verdiyi məlumatda iddiaları inkar edərək bildirib: “Hövsan qəsəbə sakini Müqabil Abbassoyluya məxsus avtomobilin əsassız duracağa qoyulması və qida məhsulunun yararsız hala düşməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir”.
Elşad Hacıyevin bildirdiyinə görə, yanvarın 3-də gecə saatlarında Suraxanı rayon DYPŞ-nin əməkdaşları Hövsan qəsəbəsi ərazisində xidmət aparan zaman “Mercedes Benz” markalı avtomobil uzaqvuran işıqlardan düzgün istifadə etmədiyinə görə saxlanılıb:
“Avtomaşın saxlanılan zaman avtomaşını idarə edən, özünü Gürcüstan Respublikası vətəndaşı kimi təqdim edən Elvar Əliyev avtomaşını idarə etmək üçün etibarnaməsinin və sürücülük vəsiqəsinin olmadığını bildirib. Bu səbəbdən avtomaşının mühafizə olunan duracağa yerləşdirilməsi təmin edilib.
Avtomaşın duracağa aparılan zaman avtomaşını müvafiq sənədləri olmadan idarə edən E.Alıyev avtomaşının sahibi M.Abbassoylu ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq avtomaşının saxlanıldığı və duracağa aparıldığını bildirib. M. Abbassoylu E.Alıyevin onun köməkçisi olduğunu ve avtomaşını ona bilərəkdən verdiyini, spirtli içkinin təsiri altında olduğunu, avtomobili isə növbəti gün duracaqdan götürücəyini deyib.
Avtomaşın E.Alıyev təhvil alınanda nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokol tərtib edilməklə videogörüntü və hal şahidlərinin iştirakı ilə aktlaşdırılıb”, - Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, sonradan avtomobilin sahibi əsassız ittihamlar irəli sürərək, avtomaşının qanunsuz aparıldığını, avtomaşında olan qida məhsullarının ona verilmədiyi ilə bağlı müxtəlif bəhanələr irəli sürüb: “Onunla dəfələrlə bu barədə danışılıb, ancaq o, bütün bunlara baxmayaraq, avtomaşını və avtomaşında olan qida məhsullarını götürməkdən imtina edir”.
DİN rəsmisinin bildirdiyinə görə, M.Abbassoylunun ittihamlarına Suraxanı rayon Prokurorluğunda baxılıb və əsassız hesab olunub: “Bununla bağlı M.Abbassoylu rayon prokurorluğuna şikayət ərizəsi ünvanlayıb və onun müraciəti əsasında araşdırma aparılsa da, müraciətin əsassız olması, avtomaşının saxlanılaraq duracağa aparılması zamanı heç bir qanun pozuntusunun olmadığı və toplanmış materiallar əsasında cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilib”.
Elşad Hacıyev sonda qeyd edib ki, vətəndaş M.Abbassoylu istədiyi vaxt gəlib avtomobilini və orada olan qida məhsullarını götürə bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar