Xəbər lenti
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
Dünyanın ən "möhtəşəm" və modern tibb ocağının Salyanda yerləşdiyini bilirdinizmi? Hardan biləcəksiniz? İnsan gözünün birini qırpmasa, burnunun ucunu görməz ki. Biz də, Maşallah, göz dəyməsin, dünyaya ancaq ikigözlü baxırıq.
Bir də ki, bu möhtəşəm tibb ocağını görmək üçün gərək varlı olasan. Özü də hər varlıdan yox. Mütləq gərək Salyan rayonunun II Varlı kəndində yaşayan ki, dünyanın 8-ci möcuzəsi olmağa haqq qazanmış bu tibb ocağını görə biləsən. Biz isə nə varlıyıq, nə də varlılı. Odur ki, indiyədək ölkəmizin ən nadir incisini görmək nəsibimiz olmayıb.
Salyan rayonundan gələn Ovqat.com-a ünvanlanmış şikayət məktubunu olduğu kimi dərc edirik:
Bu şəkillərdə gördüyünüz zibilxana deyil, tibb məntəqəsidir. Bəli, sahibsiz zibilxanaya oxşasa da məhz tibb məntəqəsidir. Salyan rayonunun II Varlı kəndində yerləşir. II Varlı tibb məntəqəsinin 1 nəfər işçisi də var. Baxmayaraq ki, işçi bu “tibb məntəqəsi”nin yerini tanımır, əsas odur ki, ştat vahidi fəaliyyət göstərir və işçinin bank hesabına hər ay əmək haqqı ödənir. Yəqin ki, Salyan rayonunun səhiyyəsinə rəhbərlik edən şəxslər bu “tibb məntəqəsi”nin yerini bilmir. Ya ümumiyyətlə buranı tanımırlar, durumdan xəbərsizdilər, ya da vəziyyəti çox yaxşı bilirlər, sadəcə bu durum onların şəxsi maraqlarına cavab verir.
Maraqlıdır, İcra Başçısının təhsil və səhiyyə məsələləri üzrə müavini ştatı var. Salyanda bu postu tutan müavin də bu durumdan xəbərsizdirmi, görəsən?
Biz qələm adamı, sayt olaraq üzərimizə düşən işi gördük. Problemi yazdıq, göstərdik, təqdim etdik. Tədbir görmək aidiyyatı qurumların işidir.
Mövzuya təkrar qayıdacağıq.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar