Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun bir kilometrinə 4,5 milyon manat xərclədiyi və 35 il zəmanət verdiyi Bakı-Quba yolu istifadəyə veriləndən 3-4 il sonra dağılmağa başlayıb.
Təhlükəli magistral yollar siyahısında olan Bakı-Quba yolunda baş verən dəhşətli qəzaların sayı isə artıb. Belə ki, son 2 gündə Bakı-Quba yolunda ölümlə nəticələnən iki yol nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin sözlərinə görə, qəzalar yolun bərbad durumda olması ilə əlaqədardır.
“AzPolitika.info” xəbər verir ki, təxminən 1 milyard 300 milyon manata başa gələn Bakı-Quba yolunda bir neçə dəfə təmir-bərpa işləri aparılsa da, bu nəticə verməyib. Hazırda yolun bir tərəfi təmirə bağlanıb, digər zolaqda isə ikitərəfli hərəkət səbəbindən sürücülər qəza riski altında hərəkət edirlər. Ziya Məmmədovun korrupsiya əməlləri 10 il sonra da vətəndaşlara çətinliklər yaşatmağa başlayıb.
Hüquqşünas Nadir Əliməmmədov “Yeni Müsavat”a bildirib ki, Bakı-Quba yolunun çəkilişində oğurlanan pulların hesabının Ziya Məmmədovdan sorulması üçün tam hüquqi əsaslar var: “Bu yolu 5 dəfə artıq yükə dözümlü formada tikmək lazım idi. Xatırladım ki, bu yolun tikintisini alman mütəxəssislər aparırdı. Lakin qısa müddət sonra o dövrdə Nəqliyyat Nazirliyi bir qərarla alman mütəxəssisləri bu işdən uzaqlaşdırdı. Həmin vaxt bunu belə əsaslandırdılar ki, bu işləri yerli mütəxəssislərə də həvalə etmək olar. Beləcə, yolu tikib təhvil verdilər. Yol istifadəyə veriləndən 3-4 il sonra dağılmağa başladı. Bu yolun təmirinə büdcədən 100 milyonlarla manat pul xərcləndi. Nəticədə də dövlər büdcəsinə xeyli ziyan dəydi”.
Hüquqşünas qeyd edir ki, təmir-tikinti işlərində keyfiyyətin artırılması üçün ilk növbədə korrupsiyanı aradan qaldırmaq lazımdır: “Korrupsiyanın aradan qalxması üçün ilk növbədə şəffaflıq olmalıdır. Bu gün əminliklə deyə bilərik ki, Bakı-Quba yolu olduqca pis tikilib. Bunun səbəblərini isə hüquq-mühafizə orqanları aydınlaşdırmğa çalışmalıdırlar. Cinayət işi başlanmalı, yolun keyfiyyətsiz çəkilişinin səbəbləri istintaqla müəyyən olunmalıdır. Bundan sonra başda Ziya Məmmədov olmaqla, yolun çəkilişinə cavabdeh olan digər şəxsləri istintaqa cəlb olunmalıdırlar”.
Hüquqşünas Əkrəm Həsənov isə bildirir ki, cinayət işinin başlanması ilə bağlı yolu çəkən dövlət orqanının tabe olduğu orqan məsələ qaldırmalıdır: “Və ya Hesablama Palatası həmin dövlət orqanının fəaliyyətini yoxlamalı, faktları Baş Prokurorluğa göndərməlidir. Azərbaycanda eyni yolların bir neçə dəfə təmir olunması artıq bir ənənəyə çevrilib. Əgər cinayət işi başlansa, faktlar sübut olunsa, vəzifədən sui-istifadə və dövlət vəsaitini mənimsəmə tərkibi ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar