Xəbər lenti

Bu gün Bakının Fəvvarələr Meydanında bir qurp hüquq müdafiəçisi və siyasi fəal əvvəldən elan olunmuş piket keçirib. Saat 15:00-da başlayan piket Daxili İşlər Nazirliyinin qarşısında bəyanatın oxunması ilə yekunlaşıb. Aksiyada siyasi fəallara və media nümayəndələrinə qarşı təzyiqlər pislənilib. 

Daxili İşlər Nazirliyinin İctimaiyyətlər əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyev aksiya ilə bağlı açıqlama yayıb.

“Bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb”, - Nazirliyinin nümayəndəsi bildirib.

“AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 3 679          Tarix: 14-05-2022, 21:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma