Xəbər lenti

“Naxçıvana təyyarəyə bilet tapılmır. Onlarla adam zəng edib kömək istəyir. Əməlli-başlı dərəbəylikdir”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin üzvü, BQP başqanı Fazil Mustafa “Feysbuk” statusunda yazıb.

Millət vəkili daha sonra bildirib ki, Naxçıvana gediş-gəlişin çətinləşdirilməsi xüsusi məqsəd daşıyır.

“Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. Üstəlik, əldə etdiyim məlumata görə, bu biletlər gizli şəkildə məlum turizm şırkətlərinə satılır. Nə veclərinə, əhali əziyyət çəksin, turizm şirkətləri qazansın. Günlərlə kassa qarşısında növbəyə durub, 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun deyirəm! Onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı, erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin. Sabah Milli Məclisdə sözümü bu mövzuda deyəcəyəm”.



Ana səhifəyə qayıt        Baxış: 3 493          Tarix: 15-06-2022, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma