Xəbər lenti

"Pirat proqram təminatları və əməliyyat sistemlərindən istifadə ən böyük kibertəhdidləri yaradan vasitələrdəndir. Ən çox da Rusiya və İran saytlarından yüklənən proqram təminatları belə təhdidləri yaradır".

"Report” xəbər verir ki, bunu "Fintex Sammit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

T.Məmmədovun sözlərinə görə, bu ölkələrin saytlarından yeklənən proqram təminatı və əməliyyat sistemlərinin 80-90 %-i zərərvericilərlə təmin edilib: "Son zamanlar fişinq (Phishing) hücumlarının sayı artıb. Xüsusən də dövlət qurumlarının və daşıma şirkətlərinin adından saxta şəkildə hazırlanmış saytlarla qarşılaşırıq. Həmçinin sosial şəbəkələr, xəbər saytları, banklar üzərindən də fişinq hücumları artıb.

Həmçinin dövlət qurumları adından insanlara zəng edib onları aldadıb məlumatlarını ələ keçirirlər.

"Azstatnet" şəbəkəsi üzrə 193 milyondan çox zərərli keçid təhlükəsizlik divarları, 3 milyondan çox zərərli keçid mərkəzləşdirilmiş antivirus sistemi vasitəsi ilə, 35 mindən çox hallarda hədəflənmiş zərərli fayl "Sandbox" sistemi vasitəsi ilə və 744-dən çox xüsusi indikator xüsusi hədəflənmiş kiberhücumların içərisindən çıxarılıb və dövlət qurumlarının təhlükəsizliyi təmin edilib".

"Azərbaycan dövlət qurumlarının şəbəkələrinin təhlükəsizliyinə dair görülən tədbirləri çərçivəsində 193 milyondan çox zərərverici təhlükəsizlik divarları vasitəsilə, 3 milyondan çoxu isə mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə, 35 mindən çox zərərverici tərkibli sənəd "Sandbox" sistemi vasitəsilə,744 xüsusi indikator xüsusi hədəflənmiş hücumların içərisəndən çıxarılaraq bloklanıb".

Bunu isə "Fintex Sammmit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının İnformasiya texnologiyaları departamentinin direktoru Anar Quliyev bildirib.

Onun sözlərinə görə, kibertəhlükələrin başında duran səbəblərdən biri pirat proqramlardan istifadədir: "Bir çox müəssisələrdə pirat əməliyyat sistemlərinin, proqram təminatlarının istifadəsini müşahidə edirik. Ən çox istifadə olunan mənbələr Rusiya və İran mənşəli saytlardan yükləmələrdir. Belə məhsullar 80-90 % zərərvericilərlə zənginləşmiş olur”.

Müxtəlif kiberhücumlardan danışan A.Quliyev onlara nümunələr də göstərib:“Bu kiberhücumlar zamanı saxta domenlərdən istifadə müşahidə olunur. Məsələn, gov.az.info kimi dövlət saytlarına bənzər adlardan istifadə olunur. Həmçinin “Azərpoçt”un adından daşınma xidməti kimi təqdim olunduğu fişinqlər də çox yayılıb.

Mesajlaşma proqramları üzərindən həyata keçirilən fişing kampaniyalardan da çox istifadə olunur. Bu zaman bankların adından istifadə olunaraq saxta hədiyyə kampaniyaları təqdim olunur. Həmçinin bank kartlarının ələ keçirilməsi üçün çoxsaylı dələduzluq hadisələri ilə rastlaşırıq. Xəbər saytlarının, dövlət qurumlarının adından yayımlanan saxta reklam videoları da bu qəbildəndir.

Bundan başqa, şantaj xarakterli dələduzluq faktları da var. Məlumatlarınızı ələ keçirdiklərini iddia edən belə şəxslər bunun müqabilində tələblər irəli sürürlər.

44 günlük Vətən müharibəsi günlərində də biz dezinformasiya xarakterli kibertəhlükə ilə üzləşmişdik. Şəhid olanların saxta siyahısı dərc olunmuşdu”.

A.Quliyev bütün bu halların səbəbini insanların öz kibergigiyenalarına laqeyd münasibətində görür.



Ana səhifəyə qayıt        Baxış: 3 324          Tarix: 17-06-2022, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma