Xəbər lenti
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri Xaləddin Rüstəmov həbs olunub.
Ovqat.com-un məlumatına görə, məhkəmə tikinti trestinin rəhbərinə 4 ay həbs qətimkan tədbiri seçib.
Xaləddin Rüstəmovun həftənin şənbə günü Naxçıvan Maliyyə naziri Rafael Əliyevlə sərt şəkildə mübahisə etdiyi bildirilir. Məlumata görə, üzərindən 2 gün keçməmiş Xaləddin Rüstəmov tutularaq Naxçıvan şəhər Polis İdarəsinə aparılıb. Bu gün isə məhkəməsi olub və ona 4 ay iş kəsilib.
Trest rəisinin bütün varidatına əl qoyulub. Şəxsi maşınları Naxçıvan MR Dövlət Yol Polsinin cərimə meydançasına qoyulan Xaləddin Rüstəmovun rəhbərlik etdiyi şirkətin əmlakı isə “Nəqşi-cahan” Holdinqin balansına keçirilib.
Maraqlıdır ki, ona ittiham aktı yazan istintaq idarəsinin rəisi polis polkovnik leytenantı Samir Qəmbərovun Taksı parkı yaxınlığındakı evinin tikintisini Xaləddin Rüstəmov öz vəsaiti hesabına aparıbmış. Sonda bu xeyirxahlığı belə Xaləddin bəyin işinə yaramayıb. Samir Qəmbərov onun əleyhinə acımasızcasına ittiham aktı tərtib edib. Qəmbərovun bu etibarsizlığı hətta polis yoldaşlarının da bərk narazılığına səbəb olub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar