Xəbər lenti

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

"Report"un Qarabağ bürosunun məlumatına görə, martın 3-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola salınan 10 ailənin 44 üzvündən ibarət növbəti köç karvanı Ağalı kəndinə çatıb.

30 ildən sonra Vətənə dönən zəngilanlıları Ağalı kəndində Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.

Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib. 




Ana səhifəyə qayıt        Baxış: 2 728          Tarix: 3-03-2023, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma