Xəbər lenti


Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də 11-ci siniflər üçün buraxılış imtahanı keçirib. İmtahan respublikanın 29 şəhər və rayonunda təşkil olunub və 50498 şagird iştirak edib. İmtahanların nəticələri bir aydan sonra açıqlanacaq. 

 

Ovqat.com-a müraciət edən abituriyentlərin (I qrup) bəzilərinin sözlərindən belə başa düşülür ki, nəticələr o qədər də ürəkaçan olmayacaq. Çünki imtahana şagirdlərin keçmədiyi mövzulardan, hətta Türk dilindən kobud şəkildə tərcümə olunduğundan asan başa düşülməyən sualların salındığı iddia edilir. 

 

Adının çəkilməsini istəməyən bir abituriyent yazır:

 

“5 martda keçirilən buraxılış imtahanı haqında danışmaq istəyirəm. Təkcə mən yox, bütün abituriyentlər bu haqsızlığa qarşı etiraz edirlər. Azərbaycan dilində olan publisistik mətn əslində elmi-publisistik mətn idi və biz belə bir mətn heç yerdə işləməmişik. O mətn türk kanalından, videodan götürülüb Azərbaycan dilində tərcümə olunub. Bu nə qədər düzgün və ədalətlidir, sizcə? Bir çox abituriyentin o mətnə 1 saatdan çox vaxtı gedib, hətta o qədər vaxt sərf etməyimizə baxmarayaq səhvlərimizin olub-olmayacağından belə çox əmin deyilik. Riyaziyyat fənninin 83-cü sualı mənim 25 dəqiqəmi aldı, bunu digər abituriyentlər də deyir. Və nəticədə o sualın cavabı belə səhvdir. Niyə? Çünki o sual da Türk kitabından götürülüb və tərcümə olunub, ona görə də cavabı düzgün almaq olmur. Biz abituriyentlər buna etiraz edirik. O mətnə görə o biri fənləri çalışmağa vaxtımız yetmədi. 

 

Biz abituriyentlər Azərbaycanının gələcəyiyik. Gənclər üçün hərşeyi asan etmək əvəzinə daha da çətinləşdirirlər. 3-cü qruplar belə mənti görəndə çox təəccüblənmişdilər ki, bu necə bir mətndir. Mətni başa düşmək üçün ən azı 5 dəfə oxumaq lazım idi. Ama bizə verilən vaxt isə cəmi 3 saat idi və biz bu 3 saat ərzində 3 fənn həll etməli idik. Sizcə bu nə qədər ədalətlidir? İmtahandan çıxıb o qədər ağlayan abituriyentlər gördüm. Bizim gələcəyimiz o imtahanların əlindədir. 

 

Bizim təkliflərimiz var. İmtahanda olan 83-cü sual bizim xeyrimizə hesablansın və Azərbaycan dili məntlərində açıq suallarında bizə güzəşt olsun (balları daha çox versinlər)”.

 




Ana səhifəyə qayıt        Baxış: 4 096          Tarix: 11-03-2023, 21:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma