Xəbər lenti

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yeni rəis təyin olunub.

 Yeniavaz.com xəbər verir ki, bu vəzifəyə daha əvvəl Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini rəisinin müşaviri vəzifəsində işləyən Riyad Qasımov təyinat alıb.

Riyad Qasımov müşavir vəzifəsini də bu ilin yanvar ayından icra edir. Daha əvvəl - 2017-22-ci illərdə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri olub.

1977-ci ildə anaadan olan Riyad Qasımov 2013-2017-ci illərdə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Departament rəhbəri olub.

2010-13-cü illərdə isə "Turkapital Holding B.S.C” şirkətinin Azərbaycandakı nümayəndəliyinin direktoru vəzifəsində çalışıb.

2009-10-cu illərdə Küveyt-Azərbaycan İnvestisiya Şirkətində, 2006-2009-cu illərdə isə Azərbaycan İnvestisiya Şirkətində işləyib.

Riyad Qasımov əmək fəaliyyətinə 22 yaşında Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri vəzifəsiylə başlayıb.

2006-cı ildə isə - 29 yaşında İqtisadi İnkişaf Nazirliyinin Hüquq şöbəsinin müdiri təyin olunub.




Ana səhifəyə qayıt        Baxış: 3 461          Tarix: 15-03-2023, 16:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma