Xəbər lenti


Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın torpaq bütövlüyü ilə bağlı dünən səsləndiyi fikirlərə ən sərt reaksiya gözlənildiyi kimi Xankəndidən gəldi.

 

Ovqat.com-un məlumatına görə, qondarma “DQR”-ın “eks-prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan Paşinyanın açıqlamaları ilə bağlı ortaq bəyanat yayıblar.

 

İrəvanda heç kimin Xankəndinin “daxili işlərinə qarışmaq” hüququnun olmadığı vurğulanan bəyanatda “Artsax xalqı”nın Nikol Paşinyanın səsləndirdiyi yanaşmanı qəbul etməyəcəyi bildirilir.

 

““Artsax xalqı” üçün həlledici məsələlərdə Azərbaycanın istəklərinə qeyd-şərtsiz tabeçilik mövqeyində olan Ermənistan Respublikasının hazırkı hakimiyyətinin davranışı və mövqeyi qəbuledilməzdir”.

 

Bəyanat müəlliflərinin fikrincə, Paşinyanın dünən səsləndirdiyi bəyanat Ermənistan dövlətçiliyinin əsaslarını sarsıdır, bütün ermənilərin hüquqlarının müdafiəçisi olmaq öhdəliyini pozur:

 

“Bizim gələcəyimizi, övladlarımızın gələcəyini müəyyən etməyə heç kimin mənəvi haqqı yoxdur. “Artsax” bu gün Ermənistan Respublikasının Baş Nazirinin təqdim etdiyi yanaşmaları qəbul etməyib və qəbul etməyəcək və Artsax keçmişdə necə mübarizə aparıbsa, indi də öz vətənində hamı tərəfindən ləyaqətlə yaşamaq hüququ uğrunda mümkün vasitələrlə mübarizə aparacaq”.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 980          Tarix: 23-05-2023, 12:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma