Xəbər lenti

Dünən gecə saatlarında Naxçıvan Muxtar Respublikasında təcili müşavirə keçirilib.

Bu barədə TNS-ə Naxçıvandan məlumat verilib.

Ali Məclisin binasında gecə saat 21:00-22:00 radələrində başlayan müşavirədə muxtar respublikanın rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin sədrliyi ilə keçirlən müşavirə saatlarla davam edib.

Bununla bağlı ictimaiyyətə açıqlama verilmədiyindən müşavirədə müzakirə olunan məsələlər barədə məlumat yoxdur.

Hesab edirik ki, əgər axşam saat 21:00-22:00 radələrində təcili müşavirə çağırılıbsa, icas saat 4-də qədər davam edibsə, deməli, ciddi məsələlər müzakirə olunub.




Ana səhifəyə qayıt        Baxış: 6 531          Tarix: 14-07-2023, 12:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma