Xəbər lenti

HƏP sədri Əli İnsanov Prezident İlham Əliyevin Xankəndidə bayraq ucaltmasına münasibət bildirib.

Musavat.com xəbər verir ki, bir çox müxalifət nümayəndəsi kimi Əli İnsanov da bu tarixi günü yüksək qiymətləndirib:

“Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bu gün 2023-cü ilin oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və bütün dünya ermənilərinə, onların mənfur havadarlarına gözdağı vermiş oldu. Azərbaycan xalqına isə böyük xoşbəxtlik və sevinc bəxş etdi.

Bu günləri görən və bu tarixi qələbənin yol xəritəsini çəkmiş Ulu öndərimiz Heydər Əliyevin isə ruhunu şad etdi.

Bu Tarixi Qələbəni qazanmaq üçün Prezident İlham Əliyev 20 il ərzində 20 ilə sığışmayan tarixi xariqələr yarada bildi.

Güclü Azərbaycan İqtisadiyyatı, xalqımızın qüruru olan güclü qalib ordumuz və dünyanın qəbul etdiyi inkişaf etmiş Azərbaycan Respublikası Prezident İlham Əliyevin ən böyük uğurları sayılır.

Prezident İlham Əliyevin yürütdüyü çox uğurlu siyasət və yüksələ bildiyi siyasi - diplomatik zirvələr onu dünyanın ən nüfuzlu siyasi liderlərindən biri etdi.

1993-cü ildə Azərbaycan xalqı böyük sevgi və ümidlə Ulu Öndərimiz Heydər Əliyevi hakimiyyətə gətirməklə ölkəmizdə artıq başlanmaqda olan vətəndaş müharibəsindən, suverenliyimizin itirilməsindən, dövlətçiliyimizin məhv olmasından qurtardı və 1993-cü il iyunun 15-i tariximizə Qurtuluş Günü, Heydər Əliyevin adı isə xalqın xilaskarı kimi tariximizə qızıl hərflərlə həkk olundu.

Prezident İlham Əliyev Ümumilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyində, özünün hakimiyyətə gəlməsinin isə 20-ci il dönəmində son 400 illik tariximizdə torpaq alan-Azərbaycanın zəbt olunmuş torpaqlarını özünə qaytaran Ölkə başçısı və Ali Baş Komandan kimi böyük düşmən ölkələrin və qüvvələrin caynaqları ilə 200 ildir ermənilərə pərçimlənmiş doğma Qarabağımızı qaytarıb vətən torpaqlarımıza qatmış Qarabağ fatehi kimi şanlı tariximizdə öz şərəfli adını aldı.

Azərbaycan xalqının böyük oğlu və sevimlisi Prezident İlham Əliyev xalqımızın qisasını qiyamətə qoymadı.

Prezident İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyən Haqq Ədalət Partiyasının bütün üzvləri adından əsrlərlə davam edən münaqişəni böyük qələbə ilə sona çatdırdığına və dünya siyasi leksikonundan ‘’Qarabağ problemi’’ ifadəsini silib atdığına görə Prezidentimizə dərin ehtiramla sonsuz minnətdarlığımı bildirir, onun hakimiyyətinin qələbələrlə dolu 20 illiyini ürəkdən təbrik edir, xalqımızın xoşbəxt gələcəyi, yüksək rifahı uğrunda hələ uzun illər görəcəyi işlərində böyük uğurlar, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayıram”.




Ana səhifəyə qayıt        Baxış: 4 582          Tarix: 16-10-2023, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma